Web sayt növləri

web sayt, veb sayt Websaytın növləri hansılardır?
1.Statik web saytlar Bir çox kiçik bizneslər kiçik,statik veb saytlarla fəaliyyətə başlayırlar. “Admin Panel”-i olmur . Statik saytlara əlavə məlumat və ya yenilik əlavə edilməsi pulsuz həyata keçirilmir.
2.Dinamik web saytlar Bugün,uğurlu saytların əksər hissəsini “Admin Panel”-i olur. Dinamik saytlara aid etmək olar.Dinamik saytlar statik saytlardan fərqli olaraq tez-tez yenilənilir və əlavə məlumat daxil edilir.
3.Korporativ web saytlar Bu tip saytlar statik saytlardan bir addım yuxarıda olan saytlardır.Bu tip saytlara şirkətlərin press-release-lə foto qalereyası,proyek portfoliosu və sairə əlavə edilir.
4.E-Commerce saytlar Bu tip saytlar internet istifadəçilərinin onlayn bazarlıq etməsi üçün hazırlanılır. Bu tip saytlar son illərdə çox məşhurlaşıb və internet istifadəçiləri onlayn bazarlıq etməyə daha da sövq edir. Qabıda ödəmə, online ödəmə bu saytlarda olur.
5.İnformasiya saytları Bu tip saytlara informasiya-xəbər saytlari, saytlar kataloqu, məqalə saytları və sairə tipli saytlardır.İnformasıya xarakteri daşıyır və gəlirləri əsasən banner reklamlar vasitəsilə olur.
6.Sosial saytlar Bu tip saytlara tanışlıq,sosial şəbəkə,iş elanları,çatlar,müzakirə forumları,xüsusi maraq dairəsinə aid olan mövzulu saytlar daxildir.
Bundan əlavə bu siyahıya Şəxsi, Portal, Axtarış və s. tipli saytları da əlavə etmək olar. Qeyd edək ki,saytları konkret bir növə ayırmaq çox çətin olardı, çünki bir sayt həm informasiya, həm də sosial xarakter daşıya bilər və s.
Responsive dizayn
Responsive dizayn- web sayta mobil telefon və ya planşetdən daxil olduqda, saytda olan şəkil və mətnlərin ekran ölçüsünə görə tam oturmasıdır. Ümumiyyətlə responsive dizayn desktop, planşet və mobil versiya olmaqla, mərhələli şəkildə hazırlanır. Bilindiyi kimi web saytlara mobil cihazlardan daxil olduqda ziyarətçilər saytı nəzərdən keçirmək və naviqasiya etməkdə çətinlik yaşayırlar. Əgər daxil olduqları sayt responsive deyilsə, oxumaq istədikləri sahəni ancaq ekran görüntünü artırmaqla, yaxınlaşdırıb (zoom in edib), məhdud bir sahəsini gözdən keçirə bilərlər ki, belə olan halda da həm oxumaqda çətinlik çəkərlər, həm də daha çox zaman itirərlər. Bu tip saytlarda saytın menyularını da nəzərdən keçirmək olduqca çətindir. Menyular mobil versiyaya uyğun olmadığı üçün ümumiyyətlə, istədikləri linklərə rahat klikləyib saytda axtarış etməkdə (surfing) də çətinlik çəkirlər.